Hər şeydən əvvəl təbriklər, 450 pis bal deyil.
Məncə əvvəl universitet yox, ixtisas tərəfini dəqiqləşdir. Çünki 4 il oxuyacağın şey əsasən ixtisas olacaq. Əgər IT tərəfə marağın varsa, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri kimi ixtisaslara baxa bilərsən.
Universitet seçəndə də tək ada baxma. Müəllim heyəti, tələbə mühiti, praktiki imkanlar və sənin ora rahat gedib gələ bilməyin də önəmlidir.
Daha dəqiq demək üçün hansı sahəyə marağın olduğunu yazsan yaxşı olar. IT istəyirsən, mühəndislik istəyirsən, yoxsa sadəcə 1-ci qrupda yaxşı seçim axtarırsan?
Şərhlər 5
Suala cavab ver — ən faydalılar yuxarıda görünür.