1
XaricdÉ™ oxumaq
🇨🇳 Çində Təhsil: Universitetlər, Təqaüdlər və Qəbul Prosesi
Çin son illərdə beynəlxalq tələbələr üçün ən sürətlə inkişaf edən təhsil istiqamətlərindən biridir. Xüsusilə Kompüter Elmləri, Süni İntellekt, Data Science, Elektronika və Mühəndislik sahələrində dünyanın ən güclü universitetlərindən bəzilərinə malikdir.
Qəbul Tələbləri
Əksər ingilisdilli bakalavr proqramları üçün tələb olunur:
📌 Attestat və qiymət cədvəli
📌 Pasport
📌 Motivation Letter
📌 IELTS (adətən 5.5–6.5) və ya universitetin daxili ingilis dili imtahanı
📌 Bezi universitetlərdə qəbul imtahanı və ya müsahibə
📌CSCA İmtahanı neticesi
Top Çin universitetləri qəbul prosesində CSCA (Chinese Scholastic College Assessment) imtahanının nəticəsini tələb edir.
İmtahanın məzmunu seçdiyiniz ixtisasdan asılı olaraq dəyişə bilər. Məsələn, Computer Science və digər mühəndislik ixtisasları üçün əsasən Riyaziyyat və Fizika bölmələri tələb olunur.
📌 İmtahan onlayn formatda keçirilir.
📌 İldə təxminən 5 dəfə təşkil olunur.
📌 Bu, nisbətən yeni imtahandır və bir çox universitet onu yalnız son vaxtlar tələb etməyə başlayıb.
📌 Çətinlik səviyyəsi çox yüksək deyil. Əksər tələbələr üçün 1–2 aylıq hazırlıq kifayət edir.(Eyer bazaniz varsa)
📌Suallar multiple-mətnchoice tiplidi
Şəxsi təcrübəmə əsasən, mənim hazırlıq üçün cəmi 20 günüm olmuşdu, buna baxmayaraq yaxşı nəticə əldə edə bildim. Riyaziyyat və Fizika bazanız varsa, ciddi problem yaşamazsınız.
İngilis Dilində Bakalavr Proqramları
Çində ingilis dilində tədris olunan bakalavr proqramları mövcuddur, lakin onların sayı çin dilində olan proqramlardan xeyli azdır. Xüsusilə TOP universitetlərdə bəzi ixtisaslar yalnız çin dilində tədris olunur.
Buna görə universitet seçərkən proqramın tədris dilini mütləq yoxlamaq lazımdır.
Populyar Universitetlər
• Tsinghua University
• Peking University
• Beijing Institute of Technology(BIT)
• Zhejiang University
• Fudan University
• Harbin Institute of Technology (HIT)
• University of Science and Technology of China (USTC)
Təqaüdlər
🎓 Chinese Government Scholarship (CSC)
🎓 Provincial Scholarships
🎓 University Scholarships
Çində təhsil, universitet seçimi, IELTS, SAT, CSCA və qəbul prosesi ilə bağlı suallarınızı şərhlərdə yaza bilərsiniz. Mümkün qədər ətraflı cavablandırmağa çalışacağam.
1
Şərhlər 2
Müzakirə aşağıdadır