Salam sizce kiber tehlukesizlik oyrenmeye deyer 18 yasim var Turkiyede IT oxuyuram isteyirem cyber oyrenim sadece deyirler is tapmaq cetinlesecek AI evez edecek ve s
AI kod yazır, açıq tapır və ya hər hansısa IT işini görür, lakin qərar verə bilmir. İnsan kimi emosional və yaradıcı düşünmür. AI kod yazmağın, açıq tapmağın və ümumiyyətlə iş görməyin sürətini daha da artırıb.
Bu dəqiqə proqramlaşdırma öyrənib AI ilə nələrsə yaratmaq və etmək üçün ən yaxşı vaxtdır. İş tapmaq məsələsində hər zaman mühəndislərə ehtiyac olacaq, çünki mühəndislər bir işin daha cost-effective görülməsi üçün var.
Lakin indiki və yaxın gələcəkdə AI çox bahalı olacaq və AGI(Artificial General Intelligence)-nin gəlməyəcəyi kimi görünür.
Artificial General Intelligence: loru dildə desək, insan kimi başa düşən, fərqli mövzular arasında əlaqə qura bilən və təkcə bir işi yox, çox fərqli işləri görə bilən AI.
Şərhlər 1
Müzakirə aşağıdadır