Vibe coding, AI sizin işinizi əlinizdən alacaq, 5 ilə proqramlaşdırma qalmayacaq və s. kimi sözləri hamımız həyatımızın bir yerində eşitmişik. Bəlkə də hələ də eşidirsiniz.
Bu argumentlərin ümumilikdə həqiqət payı var, amma bu sizin bu dəqiqə etdiyiniz işdən və onu necə etdiyinizdən asılıdır. Əgər sizin özünüzdən insanlara qatacaq şəxsi dəyər yoxdursa, çox asan və təkrarlanan işləri operate edirsinizsə, yaxın gələcək üçün sonunuz az çox bəllidir.
Əgər masa arxası işiniz təkrardırsa, məsələn hər həftə 5 Excel table doldurmaq, informasiya yığınını düzəltmək və ya müştərilərə standart cavab verib qiymət yönləndirməkdirsə, məncə indidən side hustle etməyə başlamaq lazımdır.
AI dövründə öyrəndiyiniz bir çox informasiya zamanla dəyərsizləşir. Ona görə elə fundamental şeylər öyrənmək lazımdır ki, hər il dəyişsə də, hələ də lazım olsun.
Ən sadə dillə desək, siz deyə bilməzsiniz ki, ingilis dili öyrənmək lazımsızdır, çünki AI var. Hələ də insanlar individual və interaktiv kommunikasiya qurur, ölkə dəyişir, offline mühitlər olur. Əgər xarici ölkəyə getmisinizsə və dil bilmirsinizsə, AI ilə hər şeyi həll edə bilməyəcəksiniz.
Bu ən sadə example idi. Biraz daha konseptə uyğun desəm, siz basic CS101 başa düşmədən normal product build edə bilməyəcəksiniz. Build etdiyiniz web application və ya mobile application AI slop kimi görünəcək.
Biraz CS101 və system design oxusanız belə, hələ də tam technical ability niz yoxdursa, praktiki tərəfdə təcrübə edinməmisinizsə, success rate iniz çox aşağı olacaq. Bunu kimisə həvəsdən salmaq və yolunu dəyişdirmək üçün demirəm. Bu sadəcə acı reallıqdır.
Çünki app build etməkdə bir çox faktor ortaya girir. Scalability, distribution, marketing və monetization. Sadəcə app düzəltmək kifayət etmir. Onu işlədəcək adam tapmaq, satmaq, istifadəçini saxlamaq və real problem həll etmək lazımdır.
AI ilə proyekt yaratmaq istəyənlərin qarşısına mütləq çıxan insanlar olur. Lovable a girir, Google dan tapdığı bir business in məlumatlarını və review larını atır, hazır prompt verir və hazır website alır. Amma reallıqda sata bilmir, çünki heç kimin elə bir şeyə ehtiyacı yoxdur. Ehtiyacı olanda da heç kim zəng edib hazır website almır.
Sadəcə bu, social media nın sizi aldatdığı nöqtədir və çox insan buna inanır. Mən belə inanmışam.
Product build etmək mühəndislikdir. Amma başqa bir reallıq da var ki, artıq 1 mühəndis bir app build edə bilər və onu sürətli şəkildə ship də edə bilər. 4 və ya 5 mühəndis artıq startup qura bilər. Hansı ki, bəlkə 10 il əvvəl bunun üçün 50 mühəndis lazım olurdu.
AI insanların daha tez resurs əldə etməsinə və daha productive işləməsinə kömək edir. Həmçinin mühəndisləri də daha güclü edir. Amma normal mühəndis bəzi non technical AI slop builder ların etdiyi kimi kodu reviewsuz, baxmadan, anlamadan deploy etmir. Ən azından manual testing edir, nəyi niyə etdiyini bilir.
İndiki dövrdə vibe coder ların çoxu build edir, atır qırağa. Buradakı əsas fərq də budur. Normal mühəndislə AI slop builder in fərqi.
Əgər app in functionality si yoxdursa, insanlar tərəfindən işlədilmirsə və üstəlik siz özünüz də bilmirsinizsə ki, hansı button nə işə yarayır, bu feature niyə var və necə işləyir, təbriklər, internetə daha bir AI slop qazandırmısınız.
Bu konseptdə çox aydın görünür ki, AI olsa belə, sizin özünüzdə məntiq yoxdursa, heç nə bilmədən nəsə etməyə çalışırsınızsa, böyük ehtimalla fail olacaqsınız.
AI non technical adamı bazara buraxır, AI technical adamı isə sürətləndirir.
Bu cümlə indiki dövrü çox yaxşı izah edir. Əvvəl app build etmək üçün technical olmaq demək olar ki, məcburi idi. İndi isə non technical adam da AI ilə landing page, dashboard, basic app, hətta sadə SaaS kimi görünən şeylər yarada bilir. Bu yaxşıdır, çünki daha çox insan ideyasını test edə bilir. Amma burada çox böyük bir fərq var.
Bazara çıxmaq başqa şeydir, bazarda qalmaq başqa şeydir.
AI non technical adama qapını açır. Amma o qapıdan içəri girəndən sonra qarşısına real problemlər çıxır. User login olmur, payment işləmir, database qarışır, image upload partlayır, email spam a düşür, server error verir, SEO düzgün index olmur, user retention yoxdur, insanlar app i açır və çıxır.
Bu nöqtədə artıq prompt yazmaq kifayət etmir. Burada məntiq lazımdır, debugging lazımdır, product sense lazımdır, engineering lazımdır.
Technical adam isə AI dən tamam başqa cür istifadə edir. O AI yə sadəcə hazır kod yazdırmır. O AI ni öz sürətini artırmaq üçün istifadə edir. Architecture fikirləşir, database modelini özü qurur, security riskləri özü yoxlayır, kodu review edir, test edir, sonra deploy edir. AI səhv edəndə də bunu görə bilir.
Əsas fərq budur.
Non technical AI builder çox vaxt AI nə verdisə onu qəbul edir. Technical builder isə AI nin verdiyini material kimi görür. Biri nəticəni anlamadan deploy edir, digəri nəticəni yoxlayıb məsuliyyətini götürür.
Ona görə gələcəkdə proqramlaşdırma yox olmayacaq. Sadəcə proqramlaşdırmanın forması dəyişəcək. Artıq sadəcə syntax əzbərləyən, copy paste edən, nə etdiyini anlamayan adamların dəyəri azalacaq. Amma problem həll edən, sistem quran, user davranışını başa düşən, məhsulu işlək hala gətirən mühəndisin dəyəri daha da artacaq.
Çünki AI hamını sürətləndirəndə, fərqi yaradan şey sürət olmur. Fərqi yaradan şey düzgün qərar vermək olur.
Hansı feature lazımdır, hansı lazımsızdır. Hansı problemi indi həll etmək lazımdır, hansını sonra. Hansı kod texniki borcdur, hansı normal kompromisdir. Hansı user feedback vacibdir, hansı sadəcə səsdir. Bunları AI sizin yerinizə tam anlamır. Ən azından hələ ki anlamır.
Bu səbəbdən məncə AI dövründə ən təhlükəli mövqe budur: heç nə bilmədən hər şeyi bildiyini düşünmək.
Çünki AI sizə çox tez confidence verir. Sanki siz app build etdiniz, sanki siz engineer oldunuz, sanki siz startup qurdunuz. Amma əslində bəzən sadəcə çalışan bir demo yaratmısınız. Demo isə product deyil. Product istifadə edilən, problem həll edən, saxlanılan və zamanla inkişaf etdirilən sistemdir.
Bir app in real product olması üçün onun sadəcə işləməsi kifayət etmir. İnsanlar ona geri qayıtmalıdır. Orada real dəyər görməlidir. Pul verəcəksə, niyə pul verdiyini anlamalıdır. Əgər community app dirsə, insanlar yazmalıdır, cavab almalıdır, trust yaranmalıdır. Əgər SaaS dırsa, user in işini doğrudan da asanlaşdırmalıdır.
Yoxsa AI ilə 2 günə düzəltdiyiniz website sadəcə internetdə olan minlərlə unudulmuş AI sloplar dan biri olacaq.
Burada acı reallıq odur ki, AI ilə build etmək asanlaşdıqca competition da artır. Əvvəl sizin kimi non technical adamlar app build edə bilmirdi. İndi edə bilir. Amma eyni zamanda technical adamlar da AI ilə daha tez build edir. Yəni siz bazara çıxanda qarşınızda təkcə başqa non technical vibe coder lar olmur. Qarşınızda technical founder, product sense i olan engineer, marketing bilən builder və AI ilə sürətlənmiş komandalar da olur.
Ona görə sual belə deyil: AI ilə app düzəldə bilərəm?
Sual budur: AI ilə düzəltdiyim app doğrudan da kiminsə problemini başqalarından daha yaxşı həll edir?
Əgər cavab yoxdursa, orada business yoxdur. Sadəcə project var.
Məncə AI dövründə ən doğru yol panikaya düşmək deyil. Amma kor koranə hype a inanmaq da deyil. Ən ağıllı yol fundamental bacarıqları öyrənməkdir. CS101, basic system design, internet necə işləyir, database nədir, API nədir, authentication nədir, caching nədir, security nədir. Bunları bilmək sizi köhnə dövrün adamı etmir. Əksinə, AI dövründə daha güclü edir.
Çünki AI tool dur. Tool u ən yaxşı istifadə edən adam, tool un nə etdiyini anlayan adamdır.
Əgər siz non technical sınızsa və AI ilə build edirsinizsə, bu pis deyil. Əksinə, başlamaq üçün çox yaxşı şansdır. Amma özünüzü aldatmayın. Hər build etdiyiniz şeyi product sanmayın. Hər çalışan şeyi business sanmayın. Hər deploy etdiyiniz şeyi startup sanmayın.
Əvvəlcə kiçik başlayın. Real problem seçin. 5 nəfərlə danışın. Onların həqiqətən nəyə ehtiyacı olduğunu anlayın. Sonra ən kiçik versiyanı build edin. Sonra onu istifadə etdirin. Sonra feedback alın. Sonra düzəldin. Bu prosesdə AI dən istifadə edin, amma məsuliyyəti AI yə atmayın.
Çünki sonda user AI dən yox, sizdən istifadə edir. App qırıldığında user Claude a yazmayacaq. Sizə yazacaq. Payment işləməyəndə user prompt u günahlandırmayacaq. Sizi günahlandıracaq. Data itəndə heç kim deməyəcək ki, model səhv yazıb. Hamı deyəcək ki, bu product a güvənmək olmaz.
Ona görə AI dövründə ən böyük üstünlük AI istifadə etmək deyil. Onsuz da hamı istifadə edəcək.
Ən böyük üstünlük AI ilə birlikdə düşünə bilməkdir.
Kim düşünməyi bacarırsa, AI onu böyüdür. Kim düşünmədən sadəcə output alırsa, AI onu daha sürətli fail etdirir.
redaktə edilib
Şərhlər 0
Müzakirə aşağıdadır.
İlk şərhi sən yaz
Müzakirəni başlat.