0
Xaricdə oxumaq
umumi suallar
Mən bu il 10-cu sinfə keçirəm və mənim də əsas hədəfim TalTech-də kiberbəhlükəsizlik oxumaqdır. Hazırda kiberbəhlükəsizlik kursuna gedirəm, amma ingilis dilim (A1) hələ tam formalaşmayıb. Sənin bu yolları təzəcə keçməyin mənim üçün böyük şansdır. Əgər vaxtın olanda, mənə aşağıdakı mövzularda bir az məsləhət verə bilərsən?
1. İngilis dili və IELTS: Sən IELTS 6.0 almaq üçün nə qədər vaxt hazırlaşdın və hansı materiallardan istifadə etdin? Həm də 6.0 bal o 5 saatlıq imtahanı və dərsləri anlamaq üçün kifayət edir, yoxsa çətinlik yaradır?
2. Qəbul İmtahanı (Moodle): O 5 saatlıq imtahanda konkret nə tip suallar düşmüşdü? Riyaziyyat və məntiq çox idi, yoxsa sırf İT/Kompyuter bilikləri? İmtahana hazırlaşmaq üçün hər hansı bir sayt, kitab və ya mövzu siyahısı var, yoxsa suallar tam sürpriz olur?
3. Motivasiya Məktubu və Kurs: Kursda oxuyacağım bu 2 il ərzində hansı mövzulara daha çox ağırlıq verim ki, (OOP, Linux, yoxsa şəbəkə) həm motivasiya məktubum dolu görünsün, həm də interview-da kömək olsun? Həm də MDIsec-dən tövsiyə məktubu (recommendation) aldığını gördüm, əla fürsətdir! Belə bir referansı necə əldə etmək olar?
4. Müsahibə (Interview): İnterview-da sənə Linux və təhlükəsizlikdən konkret hansı sualları verdilər? Çox dərin texniki detallara girirlər, yoxsa əsas məntiqi yoxlayırlar?
Şərhlər 2
Müzakirə aşağıdadır.