Kanal şəkli
8/taltech

TalTech və kiber təhlükəsizlik

Profil şəkliu/nazli527·
Texnologiya

Taltech universitetinə SAT imtahanı üstünlükdürmü?

Mən də gələcəkdə Taltech də oxumaq istəyirəm , araşdırdığıma görə Taltech ə qəbul prosesi zamanı SAT imtahanı lazım deyil amma birdən Taltech alınmasa başqa unilərə SAT lazım ola bilər, düşünürəm ki SAT imtahanınada hazırlaşmaq minimum 7-8 ay aparır. Bu baxımdan, TalTech üçün SAT nəticəsinin əlavə üstünlük yaradıb-yaratmadığını öyrənmək istərdim.
2

Şərhlər 1

Müzakirə aşağıdadır

Profil şəkliu/erenadmin· 14 saat əvvəl
Əgər hədəfiniz təqaüd almaqdırsa (Avropada TAM təqaüd tapmaq çətin olsa da), SAT-yə hazırlaşmağa dəyər. Amma bu vəziyyət insandan insana dəyişir. Məsələn, özünüzə bu sualları verin: Nə qədər vaxtınız qalıb? TalTech olmasa, haranı fikirləşirsiniz? İngilis dili və riyaziyyat səviyyəniz necədir? Ümumilikdə, əgər ödənişli təhsil alacaqsınızsa (Avropada, xüsusən Estoniya və ona yaxın ölkələrdə), SAT-ni o qədər də tövsiyə etmirəm. Ən yaxşısı, istədiyiniz ölkələrin siyahısını çıxarın və "requirement"lərə (qəbul tələblərinə) baxaraq yekun qərarınızı verin
1