Kanal şəkli
8/taltech

TalTech və kiber təhlükəsizlik

N
u/nihad·
Sual

Universitet və gələcək hədəfləri

11ci sinifdə oxuyuram və gələcəkdə Taltechdə oxuyub pentester olmaq istəyirəm. Akademik tərəfdən 1390 SAT, Ap calculus BC 4 və ieltsdən 7 scorum var. Hal hazırda cybersecuritynin təməllərindən linux və network bilirəm. Taltech qəbul imtahanına necə hazırlaşa bilərəm? Riyaziyyatım yaxşıdır sadəcə logic based suallarda çətinlik çəkirəm hansı mövzuları öyrənməliyəm. Başqa hərhansısa mövzuda fikriniz varsa qeyd etsəz sevinərəm!
#taltech#exam
0

Şərhlər 1

Müzakirə aşağıdadır

Profil şəkliu/erenadmin· 1 saat əvvəl
Resmi PDF sample-larından PDF işləyə bilərsən, linki də aşağıda qoyuram. Bu suallardan daha çox yaradıb (AI ilə) təkrar-təkrar işləmək çox kömək edir, çünki TalTech qəbul imtahanında əsas məsələ təkcə bilmək yox, logic based suallara tez və düzgün yanaşmağı öyrənməkdir. Sənin akademik tərəfin onsuz da yaxşı görünür: SAT, AP Calculus və IELTS nəticələrin güclüdür. Ona görə məncə fokusun daha çox bu tərəflərdə olmalıdır: 1. Logic və problem-solving sualları 2. Discrete math əsasları: sets, functions, graphs, probability, basic combinatorics 3. Python ilə sadə algorithm-lər: loops, arrays, strings, sorting, searching 4. Networking əsasları: IP, DNS, HTTP, ports, TCP/UDP 5. Linux command line: file system, permissions, grep, curl, ssh 6. Cybersecurity basics: web security, OWASP Top 10, basic CTF-lər Coursera və Udemy kimi kursları çox tövsiyə etmirəm. Kibertəhlükəsizlikdə əsas hansı sahəni öyrəndiyinə görə dəyişir, amma təməldə networking, Linux və bir proqramlaşdırma dili mütləqdir. Rəsmi dokumentasiyanı oxumaq daha məntiqlidir. Ən yaxşı hazırlıq yolu: PDF sample sualları işləmək, sonra oxşar sualları özün yaratmaq və hər səhvdə “niyə səhv etdim?” deyə analiz etməkdir. Əgər logic based suallarda çətinlik çəkirsənsə, hər gün 30-40 dəqiqə problem-solving practice etmək çox fərq yaradar.
0