Kanal şəkli
8/taltech

TalTech və kiber təhlükəsizlik

Profil şəkliu/erenadmin·
Təcrübə

TalTech Müraciət Təcrübəm: İmtahan və Interview

sabitlənib
Mart ayının üçündən Estoniyaya müraciət üçün sənədlərimi yığmağa başladım. Üç günə motivasiya məktubumu yazıb bitirdim. Ayın altısında artıq hazır idi. Üçündən yığmağa başladığım sənədlər apostil və tərcümə ilə birlikdə ayın on ikisinə hazır oldu. Ayın on ikisində application fee ödəyərək apply etdim. Bundan sonra xeyli müddət gözlədim. İki gün sonra Parental Guardian adlı consent müqaviləsi gəldi. Doldurulmalı xanaları doldurub qol çəkdim və göndərdim. Ayın on ikisindən düz iki həftə sonra, yəni ayın iyirmi altısında imtahana çağırıldım. Çox sevinmişdim, çünki bir etapa daha yaxınlaşdığımı bilirdim. Mənə deadline vermişdilər ki, martın otuzunda Moodle üçün giriş məlumatlarını göndərəcəklər. Giriş kodu və şifrə gələcəkdi. Martın otuzundan aprelin üçünə qədər işləmə vaxtım var idi və o günlərdən birində imtahana girməli idim. İmtahanın özü beş saat olur. İmtahana girdiyin an kamera, AI dəstəkli kamera, mouse və ekran qeydi yoxlanılır. Beş saat boyunca ekrandan çıxmamalısan. Sadəcə iki dəfə ayaqyoluna getməyə icazə var. Mən aprelin birindən ikisinə keçən gecə, axşam saat birə yaxın imtahana girdim. Evdə hamı yatmışdı və sakitçilik idi. Təxminən üç saata imtahandan çıxdım. Yorğun və həyəcanlı idim. O həyəcanla yatdım. Yuxumda iki dəfə imtahandan keçdiyimi görmüşdüm. Yuxudan oyanandan sonra ilk girib check edəndə imtahanın cavabı yox idi, ya da mən yerini tapa bilməmişdim. Saat on bir idi. Bir saat daha yatıb saat on ikidə durub baxanda 82/100 aldığımı gördüm. Yanında da ✅ işarəsi var idi. İki dəfə gözümü ovuşdurdum ki, bunun real olduğunu hiss edim. O gün çox sevincli idim. Son etap interview idi. Interview da on beş gün sonra link olaraq təyin olundu. Ayın on yeddisində link gəldi. Ayın iyirmi ikisi saat 14:25 ə, Estoniya saatı ilə interview təyin olunmuşdu. Interview gününə qədər heç hazırlaşmadım. Amma eşitmişdim ki, interview da sadəcə bir iki fərqli sual soruşurlar. Entrance exam və sairə haqqında olur, qalan hər şey motivasiya məktubu üzərində gedir. Elə də oldu. Mənim motivasiya məktubum advanced programming skills üzərində idi. OOP, iteration və sairə yazmışdım. İlk sual olaraq da OOP nədir deyə soruşdular. Iterationdan başqa hər şeyə düzgün cavab vermişdim. Linux, security və məntiqi security sualları da soruşdular. Interview dan sonra çox qorxurdum, çünki iki və ya üç suala tam cavab verə bilməmişdim. Hər nəysə, on gün sonra, mayın ikisində şərtli qəbulumu aldım və buradaca bütün qəbul prosesi bitdi. İndi isə viza üçün sənədləri yığıram. Hazırlaşan hər kəsə uğurlar. Axıra kimi davam edin, özünüzü hər gün biraz daha inkişaf etdirin. Hər şeyin öhdəsindən gələcəksiniz. Resume IELTS 6 Entrance Exam 82 SAT yox idi Recommendation məktubum: MDIsec Dolu motivasiya məktubu
TalTech Müraciət Təcrübəm: İmtahan və Interview 1TalTech Müraciət Təcrübəm: İmtahan və Interview 2TalTech Müraciət Təcrübəm: İmtahan və Interview 3
#taltech#ielts#cybersecurity
2

Şərhlər 2

Müzakirə aşağıdadır

A
u/agshin· 2 saat əvvəl
Tövsiyyə məktubunu necə aldın? Və lazımlıdır?
0
Profil şəkliu/erenadmin· 1 saat əvvəl
yaxından danışırdıq yayında filan ele yazıb aldım məncə önəmlidi aldığın adam önəmli olmalıdır
0