1.Hörmət və etik davranış :
İcma daxilində digər üzvlərin bilik səviyyəsinə hörmətlə yanaşın. Təhqir, nalayiq ifadələr, nifrət nitqi və şəxsi hücumlar qətiyyən yolverilməzdir. Yeni başlayanların suallarına qarşı səbirli olun.
2.Qanunsuz fəaliyyətlər qadağandır:
İzin alınmadan həyata keçirilən kiberhücumlar, zərərli proqramların (malware) yayılması, real sistemlərin sındırılması və ya qeyri-etik hack üsullarının paylaşılması qəti qadağandır. Biz yalnız etik və qanuni (White Hat) fəaliyyətləri dəstəkləyirik.
3.Mövzuya Uyğunluq :
Paylaşımların əsas mövzusu birbaşa bug bounty, boşluq analizi, metodologiyalar və icma yenilikləri olmalıdır. Ümumi İT mövzuları, bug bounty ilə əlaqəsi olmayan kibertəhlükəsizlik postları və mövzu kənarı (off-topic) paylaşımlar xəbərdarlıq edilmədən silinəcəkdir.
4.Keyfiyyətə və Orijinallığa Fokuslanın :
Postlar yaxşı yazılmalı, əmək sərf olunduğunu göstərməli və icmaya dəyər qatmalıdır. İnternetdə asanlıqla tapıla bilən suallar, az əmək tələb edən ("low-effort") paylaşımlar və ya açıq-aşkar süni intellekt (AI) tərəfindən hazırlanmış məzmunlar qadağandır. Təkrarlanan mövzulara yalnız o halda icazə verilir ki, onlar unikal yanaşma təqdim etsin, inkişaf edən problemlərə toxunsun və ya şəxsi təcrübəni əks etdirsin.
5.Spam və özünü reklam qadağandır :
İcmanı reklam meydanına çevirməyin. Şəxsi kursların, xidmətlərin və ya mövzuya aidiyyatı olmayan layihələrin linklərini icazəsiz paylaşmaq qadağandır. Faydalı bloq və ya alətlərinizi isə bölüşə bilərsiniz.
Şərhlər 0
Müzakirə aşağıdadır.
İlk şərhi sən yaz
Müzakirəni başlat.